2024-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Tərəfindən Verilmişdir.
Biz "AA MMC" komandası olaraq 2018-ci ildən etibarən qazma-daşınma və paralel olaraq bənd qurma fəaliyyəti ilə məşğuluq. Fəaliyyətimiz boyunca Gədəbəy qızıl mədəni, Əhmədbəyli-Füzuli- Şuşa avtomobil yolu, Laçın Beynəlxalq Hava Limanı, Kəlbəcər-Laçın və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları layihəsini icra etmişik.
-2022- ci ilin Yanvar ayından etibarən başlayan "Əhmədbəyli-Fizuli-Şuşa" avtomobil yolunun km 34+000 və km 51.000 aralıq hissəsinin tikinti layihəsi 6 ay sonra uğurla təhvil verilmişdir. "Laçın Beynəlxalq Hava Limanının km 1+620 və km 3+920 aralıq hissəsinin torpaq yatağının tikinti (bitki qatının çıxarılması, qazma, dolğu) işləri "A-A MMC" olaraq tərəfimizdən uğurla yekunlaşdırılmışdır.
İndi isə sizə, AA MMC olaraq hal-hazırda çalışdığımız layihələri təqdim etmək istəyirik: Hal-hazırda uğurla davam edən layihələrimdən biri də Kəlbəcər-Laçın avtomobil yolu layihəsidir. AA MMC olaraq qeyd olunan Kəlbəcər-Laçın avtomobil yolunun km 35+000 və km 72+800 aralıq hissəsinin tikinti layihəsini də uğurla davam etdiririk. Layihə boyunca 2022-ci ilin avqust ayından başlayaraq 2024-ci ilin dekabr ayına kimi qeyd olunan işlər görülmüşdür:
A-A MMC olaraq hal-hazırda çalışdığımız digər layihəmiz isə Yeni Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33 km-dən ayrılmaqla Laçın dəhlizinə kimi olan avtomobil yolu layihəsinin km 19+040 və km 23+320 aralıq hissəsində torpaq yatağının və sünii qurğuların tikinti layihəsidir.
A-A MMC olaraq ən uzunmüddətli layihəmiz 2018-ci ildən etibarən Gədəbəy qızıl mədənində qazma-daşınma layihəmizdir. Qeyd edək ki, mədəndə qızıl və mis tərkibli xam dağ süxurları qazılaraq filiz meydançasına ay ərzində 370 000 ton daşınması tərəfimizdən həyata keçirilir.