Xudafərin-Qubadlı-Laçın avtomobil yolu

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu

A-A MMC olaraq hal-hazırda çalışdığımız layihə Yeni Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33 km-dən ayrılmaqla Laçın dəhlizinə kimi olan avtomobil yolu layihəsinin km 19+040 - km 23+320 hissəsinin torpaq yatağının və suni qurğularının tikinti işlərini yerinə yetiririk. Torpaq yatağının tikintisi zamanı aşağıdakı işlər yerinə yetirilir: Təhvil aldığımız təmizlənmiş ərazilərdə dağların layihə kodu səviyyəsinə şevləndirilərək pilləli şəkildə qazılması və pillələrdə V şəkilli arxların qazılıb betonlanması; Dərələrdə və çökəkliklərdə layihə kodu səviyyəsində dolğu işlərinin yerinə yetirilməsi; Qarşımıza çıxan sərt suxurlu dağları partladaraq qazmasını yerinə yetiririk, şevlər isə qırıcı mexanizimlərlə işlənib layihə koduna gətirilir; Ərazimizdəki hər növ dəmir-beton işlərini öz qüvvəmizlə yerinə yetiririk. Hal hazırda 2 ədəd 45 metr uzunluğunda 1500 mm diametrində su ötürücü borunun tikilib quraşdırılmasını yerinə yetirib, geri dolğusunu edərək yolu üzərindən buraxmışıq. Daha 2 yerdə diametri 1500 mm və 6 yerdə diametri 1000 mm olan su ötürücü borunun layihə üzrə tikintisini yerinə yetirəcəyik. Həmçinin 59 m uzunluğda (2x2)metr çaplı düzbucaqlı qoşa su ötürücünün tikintisini yerinə yetirmişik. Daha bir yerdə qoşa, digər bir yerdə isə tək (2x2)metr çaplı su ötürücünün tikintisi həyata keçiriləcəkdir. Bu layihədə 2024-cü ilin yanvar ayından başlayaraq 2025- ci ilin mart ayına qədər; 3 000 000 m³ qazma 58 000 m³dolğu işlərini yerinə yetirmişik və hal hazırda işlərimiz davam edir.

Construction Business Concept

Digər Lahiyələrimiz

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu
Laçın Beynəlxalq Hava Limanı tikintisi
Əhmədbəyli-Fizuli-Şuşa avtomobil yolu
Kəlbəcər-Laçın avtomobil yolu
Gədəbəy Qızıl Mədəni