A-A MMC olaraq hal-hazırda çalışdığımız layihə A-A MMC olaraq 21.06.2018-ci il tarixindən Gədəbəy qızıl mədəni ilə əməkdaşlıq edirik. Mədəndə hasil olunmuş qızıl və mis tərkibli xam dağ suxurlarının qazılaraq filiz meydançasına ay ərzində 370 000 ton daşınması tərəfimizdən həyata keçirilir. Beləki emal zamanı əldə olunmuş boş suxur kütlələrinin yüklənməsi, boş suxur meydançasına daşınması və eyni zamanda boş suxur anbarlarının rekultivasiyası həyata keçirilir və il ərzində 4 440 000 ton qeydə alınaraq qarşı tərəfə təhvil verilir. 01.07.2018 – tarixdən 30.12.2018 tarixədək 1 000 000 m³ xam mal və tullantının yüklənib daşınması A-A MMC olaraq tərəfimizdən həyata keçirilmişdir və əlavə olaraq 01.11.2019 – tarixdən 08.10.2020 tarixədək Gədəbəy rayonunun Söyüdlü kəndinin aşağı hissəsində yerləşən nəm tullantı anbarının sahil bərkitmə işlərinə ( mərhələ 5a ) 5 640 000 m³ qruntun yüklənib daşınmasını həyata keçirmişik. 2024-cü ilin Fevral ayından 2025-ci ilin Mart ayınadək əməkdaşlıq etdiyimiz AİMKL Şirkəti ilə aylıq olaraq Gədəbəy qızıl mədəni ərazisində 240 000 ton ilə 270 000 ton arası fliz yükləyib-daşınma işini yerinə yetiririk və əlavə olaraq nəm tullantı anbarına aylıq 220 000 m³ ilə 260 000 m³ arası qurunt daşınması həyata keçiririk. Hal-hazırda qeyd etdiyimiz işlərimiz davam etməkdədir.